İranda 10 min insan mitinq üçün toplaşdı
Dünya
Gecə saatlarında Tehranın mərkəzində yerləşən İnqilab meydanında 10 mindən çox insan mitinq üçün toplaşıb.
News24.az xəbər verir ki, aksiya iştirakçıları İran hakimiyyətinə dəstək nümayiş etdirib və ölkənin keçmiş Ali lideri Əli Xameneinin xatirəsini yad edirlər.
Mitinqdə “Xamenei liderdir!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm!" şüarları səsləndirilib, iştirakçılar yumruqlarını havaya qaldırıblar.
Meydanda İran bayraqları, Əli Xamenei və hazırkı Ali lider Müctəba Xameneinin portretləri nümayiş etdirilib.
Həmçinin burada İran xalqının dözümlülüyünü simvolizə edən sıxılmış yumruq formasında abidə quraşdırılıb.
Oxşar aksiyalar Tehranın digər əsas meydanlarında və ölkənin müxtəlif şəhərlərində də keçirilir. /TASS/