İranda 120 nəfər spirtli içkidən zəhərləndi, ölənlər var
Dünya
İranın Nişapur şəhərində 120 nəfər spirtli içkidən zəhərlənib.
News24.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, zəhərlənənlərdən dördü vəfat edib, biri isə beyin ölümü keçirib.
Bununla yanaşı, 14 nəfərin reanimasiyaya yerləşdirildiyi, 40 nəfərin isə dializ aparatına qoşulduğu bildirilib.