İranda 20 min sakin susuz qaldı

İranda 20 min sakin susuz qaldı Dünya

İranın Hormozqan əyalətində 20 min sakin susuz qalıb.

News24.az xəbər verir ki, bu barədə vilayətin su və kanalizasiya şirkətinin baş direktoru Hamzeh Pur bildirib.

Məlumata görə, ABŞ zərbələri nəticəsində su anbarları zədələnib.

“İçməli suyun paylanma infrastrukturu — Kuxestak şəhəri və Bamani bölgəsinin ümumilikdə 20 min əhalisi olan 10 kəndi üçün nəzərdə tutulmuş 500 və 2000 kubmetr həcmində iki beton su anbarı və onların mexaniki avadanlıqları Amerika hücumları nəticəsində məhv edilib”, - deyə Hamzeh Pur qyed edib.

Onun sözlərinə görə, hazırda həmin yaşayış məntəqələrinə su verilişi dayanıb və alternativ təchizat variantları üzərində iş aparılır. /Fars/