İranda 46 ildən sonra ilk yaşandı – Foto

İranda 46 ildən sonra ilk yaşandı – Foto Dünya

İranda 46 ildən sonra ilk dəfə simfonik orkestrə qadın rəhbərlik edib.

News24.az xəbər verir ki, 42 yaşlı dirijor Paniz Faryusefi Tehranda simfonik orkestrin konsertlərini idarə edib. Bu, ölkə üçün mühüm addım və ümid simvolu hesab olunur: 1979-cu il İslam İnqilabından sonra ilk dəfə orkestrin başında bir qadın dayanıb.

“İncəsənət bəşəriyyətə aiddir, qadınlara və ya kişilərə yox. İranda qadın dirijorun səhnədə olması qeyri-adi görünə bilər, amma musiqi bizim ortaq dilimizdir və bu məsələ mənimlə orkestr üzvləri arasında heç bir fərq yaratmır. Ümid edirəm ki, mənim təcrübəm dirijorluq sahəsində irəliləmək istəyən digər həvəskarlar üçün yol açacaq”, – Faryusefi deyib.

İranda 46 ildən sonra ilk yaşandı – Foto İranda 46 ildən sonra ilk yaşandı – Foto