İranda 80 nəfər edam edildi
Dünya
May ayında İranın müxtəlif həbsxanalarında ən azı 80 məhbus edam edilib.
News24.az xəbər verir ki, bununla bağlı, İranda İnsan Haqları Təşkilatı “HENGAW” məlumat yayıb.
Məlumata görə, edam olunanlar arasında 17 siyasi məhbus da var.
Bildirilib ki, asılan şəxslərdən 76-nın kimliyi müəyyənləşdirilib, daha dörd nəfərin şəxsiyyəti isə hələlik dəqiqləşdirilməyib.
2025-ci ilin may ayında isə İranda ən azı 163 məhbusun edam edildiyi açıqlanmışdı. /Azad İran/