Xameneini o əvəz edəcək - AÇIQLANDI
Dünya
Bu gün İran ayətullahı Əlirza Ərafi İslam Respublikasının müvəqqəti rəhbərlik şurasının üzvü seçilib. O, Konstitusiyaya Nəzarət Şurasının hüquqşünas üzvü kimi bu şurada təmsil olunacaq.
News24.az xəbər verir ki, məlumata görə, İran konstitusiyasına əsasən, Ali Lider vəzifəsində boşluq yarandığı halda növbəti lider seçilənədək ölkəyə üç nəfərdən ibarət müvəqqəti rəhbərlik şurası rəhbərlik edir. Həmin şura prezident, məhkəmə hakimiyyətinin başçısı və Konstitusiyaya Nəzarət Şurasının hüquqşünas üzvündən ibarət olur.
Bu mexanizm dövlət idarəçiliyində fasiləsizliyi təmin etmək məqsədi daşıyır və yeni Ali Lider müəyyən edilənədək rəhbərlik səlahiyyətlərinin kollektiv şəkildə icrasını nəzərdə tutur.(Azad İran)