İranda bütün universitetlər bağlandı
Dünya
İranın bütün universitetlərində tədris dayandırılıb.
News24.az xəbər verir ki, İranın Elm Nazirliyi ABŞ və İsrailin hücumlarına görə ölkə üzrə bütün universitetlərin ikinci bildirişə qədər bağlandığını elan edib.
Bildirilib ki, yataqxanada yaşayan tələbələr rektorların köməyi ilə öz şəhərlərinə qayıdırlar.
Dərslərin keçirilmə və tədris fəaliyyətlərinin bərpası qaydası növbəti günlərdə elan ediləcək.