İranda daha 2 nəfər edam edildi - Foto

İranda daha 2 nəfər edam edildi - Foto Dünya

Ötən gün İranın Kərəc və Maku mərkəzi zindanlarında iki məhbus dar ağacından asılıb.

News24.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, hər iki məhbus qətldə ittiham edilib.

Qeyd edək ki, İranda son aylarda edam hökmlərinin sayı kəskin şəkildə artaraq rekord həddə çatıb.