İranda dollar rekord həddə çatdı: Ölkədə panika

İranda dollar rekord həddə çatdı: Ölkədə panika Dünya

İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları 30 gündür davam edir və ölkədə gərginliyi artıracaq yeni bir hadisə baş verib.

News24.az xəbər verir ki, İranın milli valyutası rial açıq bazarda ABŞ dollarına qarşı rekord səviyyədə ucuzlaşıb.

Məlumata görə, İran rialı 1 ABŞ dollarına qarşı təxminən 1,5 milyon rial səviyyəsinə düşüb. Valyutanın kəskin dəyər itirməsi bir ay əvvəl Tehranın Böyük Bazarında tacirlərin mağazalarını bağlamasına səbəb olan etirazlardan sonra baş verib.