İranda erkən nikahın qurbanı olan qadın edam edildi
Dünya
İranın Qəzvin şəhərində yeniyetməlik dövründə məcburi evliliyin qurbanı olduğu bildirilən 24 yaşlı Mərziyə Nəyyeri ərinin qətlinə görə sözügedən şəhərin Çubindar zindanında dar ağacından asılıb.
News24.az xəbər verir ki, Nəyyeri 17 yaşında ailəsinin təzyiqi ilə evləndirilib.
Bildirilib ki, Nəyiri 18 yaşında olarkən, ərinin dostlarından biri spirtli içki qəbul etdikdən sonra ona hücum edib.
Qdın həmin şəxsi mətbəx bıçağı ilə yaralayıb, daha sonra isə eyni insident zamanı ərini də qətlə yetirib.
Hadisədən sonra o qardaşının evinə gedib və dörd gün sonra polisə təhvil verilib.
Onun özünümüdafiə ilə bağlı iddiasının məhkəmə tərəfindən qəbul edilmədiyi bildirilir.
İran İnsan Hüquqları Təşkilatının məlumatına əsasən, onun ölüm hökmü ilə 2026-cı ilin əvvəlindən İranda asılan qadınların sayı ən azı 14-ə çatıb.