İranda etirazlar gərginləşdi - Qəzəbli xalq məscidləri yandırdı - Video
Dünya
İranda etirazlar davam edir.
News24.az xəbər verir ki, ötən gün Tehranın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarından yayılan görüntülər şəhərdə gərginliyin daha da artdığını nümayiş etdirib.
Sosial şəbəkə platformalarında yayılan görüntülərdə iki məscidin və bir sıra avtomobillərin yandığı öz əksini tapıb.
Məlumata görə, yandırılan məscidlərdən biri Tehranın Səadətabad bölgəsində yerləşən Ər-Rəsul məscididir.
Səadətabadda baş verən etirazlarla bağlı görüntüləri paylaşan şəxs vəziyyətin son dərəcə ağır olduğunu bildirərək “İnsanlar artıq ölümün astanasındadır”, - deyə qeyd edib.