İranda gərginlik artır: Təbriz hərbi nəzarət altında
Dünya
Ötən gün Təbriz şəhərinin Vəliəsr bölgəsində yerləşən dövlət məktəbləri bağlanıb.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə SEPAH tam nəzarəti ələ alıb.
Məlumata görə, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib. Tanklar, zirehli avtomobillər və nəzarət məntəqələri şəhərdə hərəkətləri ciddi şəkildə məhdudlaşdırır.
15 yaşlı bir oğlanın döyülməsi də daxil olmaqla, təhqir və zorakılıq hallarına rast gəlindiyi bildirilib.