İranda güclü yanğın: Bazar alovlar içində qaldı - Video

İranda güclü yanğın: Bazar alovlar içində qaldı - Video Dünya

Ötən gün axşam saatlarında İranın Qorqan şəhərinin mərkəzində böyük yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə Nəlbəndan bazarının yaxınlığında yerləşən köhnə binada qeydə alınıb.

Məlumata görə, yanğın təxminən saat 19:15-də başlayıb və binanın birinci mərtəbəsini, o cümlədən iki böyük ticarət obyektini əhatə edib.

Alovlar 10-dan çox ticarət obyektinə yayılıb.

Yanğının söndürülməsi üçün əraziyə çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisə yerinə operativ müdaxilənin təmin edilməsi məqsədilə sakinlərdən Bələdiyyə Meydanına və İmam küçəsinə aparan yolları təcili yardım və yanğınsöndürən avtomobilləri üçün boş saxlamaları xahiş edilib.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Yanğının səbəbi və dəymiş maddi ziyanın həcmi barədə hələlik məlumat verilməyib.