İranda hakimiyyət bu tarixə qədər devrilə bilər - İddia

İranda hakimiyyət bu tarixə qədər devrilə bilər - İddia Dünya

Yaxın illərdə İran hakimiyyətinin devrilməsi ehtimalı kəskin artıb.

News24.az xəbər verir ki, bu barədə proqnozlar və siyasi mərc platforması “Polymarket” məlumat yayıb.

Saytın son məlumatlarına görə, İran hökumətinin 31 dekabr 2026-cı ilədək devrilməsi ehtimalı maksimum səviyyəyə çatıb və hazırda təxminən 34 faiz olaraq qiymətləndirilir.

Saytda “İran rejimi 2027-ci ilədək devriləcəkmi?” sualına “bəli” cavabının ehtimalı 11 faizdən 34 faizə yüksəlib.

Bu sıçrayış ölkədə davam edən daxili böhranlar, kütləvi etirazlar və artan sabitliksizlik fonunda siyasi sarsıntıların güclənəcəyini göstərir.