İranda hava limanı fəaliyyətini dayandırdı
Dünya
İranda Mehrabad Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.
News24.az xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.
Məlumata görə, bütün reyslər növbəti xəbərdarlığa qədər ləğv edilib.
Qeyd edək ki, daha əvvəl İran mediası ölkənin qərbində yerləşən Kirmanşah şəhərində hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib.