"İranda hərbi əməliyyata başlamaq ən möhtəşəm qərarlarımdan biri idi"
Dünya
“İranda hərbi əməliyyata başlamaq qərarı ən möhtəşəm qərarlarımdan biri olub və bunu şübhəsiz ki, yenidən təkrarlayardım”.
News24.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Texasdakı seçkiqabağı mitinq zamanı bildirib.
"Dünən məndən bir şey soruşdular. Çox maraqlı sualdır: “Yenidən İrana hücum edərdinizmi?” Cavab verdim: “Şübhəsiz!” Məgər bu, indiyə qədər verdiyim ən möhtəşəm qərarlardan biri deyilmi?" — deyə siyasətçi vurğulayıb.
Trampın sözlərinə görə, münaqişənin səbəb olduğu qısamüddətli çətinliklər uzunmüddətli fayda naminə zəruridir. O, həmçinin benzinin qiymətinin tezliklə enəcəyini və təklifin artacağını bəyan edib.
"O qədər ucuz olacaq ki! Benzin daha çox olacaq", — deyə Tramp tərəfdarlarına söz verib.