İranda internet məhdudiyyəti aradan qaldırılır
Dünya
İran ölkədə beynəlxalq internetə çıxışla bağlı bütün məhdudiyyətləri ləğv edir.
News24.az xəbər verir ki, bu barədə TASS-a iranlı diplomatik mənbə məlumat verib.
“Mövcud vəziyyətdə təkcə bütün sektorlar üzrə milli internet platformasında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmayıb, eyni zamanda artıq 19 yanvardan etibarən beynəlxalq internetə dair məhdudiyyətlər də mərhələli şəkildə ləğv olunur", — deyə agentliyin mənbəsi bildirib.
Onun sözlərinə görə, prezident Məsud Pezeşkian müvafiq qurumlara ünvanladığı məktubda internet bazarının canlandırılması və ictimaiyyətin beynəlxalq internetə çıxışının təmin edilməsi üçün bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.
Hazırda bu proses icra mərhələsindədir.