İranda iqtisadi böhran: İnsanlar küçələrə axışdı

İranda iqtisadi böhran: İnsanlar küçələrə axışdı Dünya

İranın paytaxtı Tehranda bazar ertəsi günü genişmiqyaslı etiraz aksiyaları keçirilib.

News24.az xəbər verir ki, riyalın kəskin devalvasiyası və iqtisadi qeyri-müəyyənlik fonunda şəhərdə çoxsaylı dükan sahibləri etiraz əlaməti olaraq mağazalarını bağlayıblar.

İqtisadi böhranın dərinləşməsi ilə bağlı Mərkəzi Bankın sədri Məhəmməd Rza Fərzinin istefa verəcəyi barədə şayiələr yayılsa da, bank rəhbərliyi bu məlumatları rəsmi şəkildə təkzib edib.

Şahidlərin və sosial şəbəkə platformalarında yayılan məlumatlara görə, paytaxtın mərkəzində yüzlərlə müəssisə fəaliyyətini dayandırıb, etirazçılar isə riyalın sürətlə dəyər itirməsinə qarşı toplaşaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.

İranda iqtisadi böhran: İnsanlar küçələrə axışdı İranda iqtisadi böhran: İnsanlar küçələrə axışdı İranda iqtisadi böhran: İnsanlar küçələrə axışdı