İranda namus cinayəti - 4 nəfər güllələnərək öldürüldü
Dünya
Ötən gün İranın Kerman əyalətinin Cazmuryan bölgəsində silahlı insident nəticəsində 4 nəfər öldürülüb.
News24.az xəbər verir ki, bununla bağlı, İranda İnsan Haqları Müdafiəçiləri Qrupu (HRANA) məlumat yayıb.
Məlumata görə, hadisə Məhəmmədabad kəndində baş verib. Şübhəlilər Kalaşnikov avtomatından atəş açaraq 4 nəfəri qətlə yetiriblər.
Cinayətin namus zəminində törədildiyi bildirilir. Hadisədən sonra 3 şəxs saxlanılıb.
Cinayətkarlar qətldən sonra Kerman əyalətini tərk edərək Tehrana gediblər.
Polis onların daha sonra ölkəni qanunsuz yollarla tərk etməyə hazırlaşdıqlarını müəyyən edib.