İranda nə baş verir? - Bank sistemləri çökdü

İranda nə baş verir? - Bank sistemləri çökdü Dünya

Bu gün İranda bank sistemində genişmiqyaslı texniki problemlər qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə yerli media və sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Məlumata görə, səhər saatlarından etibarən ölkənin bir sıra banklarının xidmətlərində ciddi nasazlıqlar müşahidə olunur.

Bildirilib ki, problemlər ödəniş terminalları, mobil bank tətbiqləri, onlayn xidmətlər və elektron ödəniş keçidlərinin fəaliyyətinə təsir göstərib.

Bir çox istifadəçi pul köçürmələrinin həyata keçirilməsində çətinliklərlə üzləşdiklərini, əməliyyatların emalında gecikmələrin yarandığını və bəzi onlayn xidmətlərin əlçatmaz olduğunu bildirir.

Nasazlıqlar ölkənin iri maliyyə qurumları olan "Saderat", "Sepəh", "Tejarat", "Resalat" və "Mellat" banklarının xidmətlərini əhatə edib.

Bəzi müştərilər sözügedən banklar vasitəsilə köçürmə əməliyyatlarının müvəqqəti olaraq mümkün olmadığını bildirirlər.