İranda neft tankeri partladı, on nəfər öldü

İranda neft tankeri partladı, on nəfər öldü Dünya

İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var.

News24.az IRIB-yə istinadən xəbər verir ki, yanacaq tankerinin partlaması nəticəsində on nəfər həlak olub.

Qeyd olunub ki, tankerin partlamasına səbəb Sənəndəc - Həmədan yolunda yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Xilasetmə, yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi əməliyyatları davam edir. (Report)