İranda nəzarət məntəqəsinə silahlı hücum: Ölənlər və yaralananlar var
Dünya
Ötən gün İranın Kürdüstan əyalətinin Bane şəhərində nəzarət məntəqəsinə silahlı hücum edilib.
News24.az xəbər verir ki, hadisə nəticəsində iki təhlükəsizlik əməkdaşı həlak olub, 5 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma başlanıb, hücumu həyata keçirən şəxslərin axtarışı davam edir. /ISNA/