İranda partlayış səsləri eşidildi
Dünya
Ötən gün axşam saatlarında İranın Sistan və Bəluçistan əyalətinin Səravan şəhərində bir neçə güclü partlayışın baş verdiyi, daha sonra isə uzun müddət atəş səslərinin eşidildiyi bildirilir.
News24.az xəbər verir ki, yerli sakinlər partlayışlardan sonra həm yüngül, həm də ağır silahlardan açılan atəş səslərinin eşidildiyini bildiriblər. Hadisələr bir neçə dəqiqə davam edib və şəhər sakinləri arasında təşviş yaradıb.
Hələlik insidentin səbəbi, mümkün silahlı qarşıdurmanın baş verdiyi ərazi, eləcə də ölən və yaralananlar barədə hər hansı dəqiq məlumat açıqlanmayıb. Maddi ziyanın olub-olmadığı da məlum deyil.