İranda qadınların aksiyası gözyaşardıcı qazla dağıdıldı - Video
Dünya
İranda hakimiyyətə qarşı etirazların artıq 9 güncu günüdür.
News24.az xəbər verir ki, ölkənin bir çox şəhərində kütləvi aksiyalar davam edir, bəzi bölgələrdə etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.
Ötən gün isə İsfahan şəhərində diqqətçəkən hadisə baş verib.
Məlumata görə, hicablı qadınlar da etirazlara qoşulublar. Təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.