İranda zavodda güclü partlayış - Yaralananlar var

İranda zavodda güclü partlayış - Yaralananlar var Dünya

Bu gün İranın Əsəluyə şəhərində yerləşən qaz emalı zavodunda partlayış baş verib.

News24.az xəbər verir ki, Cənubi Pars Qaz Kompleksinin nümayəndəsi hadisənin səhər saatlarında müharibədən zərər görmüş altıncı Əsəluyə qaz zavodunda bərpa və təmizlik işləri aparılarkən qeydə alındığını bildirib.

Partlayış nəticəsində bərpa işlərini həyata keçirən podratçı şirkətin üç əməkdaşı xəsarət alıb.

Yaralıların xəstəxanaya çatdırıldığı və vəziyyətlərinin nəzarət altında olduğu bildirilir. /Azad İran/