İranda qəbiristanlıq etiraz meydanına çevrildi - Video
Dünya
İranda etiraz dalğası səngimir.
News24.az xəbər verir ki, sosial mediada paylaşılan yeni görüntüdə Tehrandakı Beheşt-e Zəhra qəbiristanlığında etirazlar zamanı həlak olan şəxslərin dəfn mərasimi əks olunub.
Görüntülərdə kəfənə bükülmüş cəsədlərin böyük izdiham tərəfindən “Qeyrət, qeyrət!” və “Xameneiyə ölüm olsun!” şüarları ilə qarşılandığı, daha sonra dəfn yerinə doğru aparıldığı görünür.
İnsan haqları təşkilatlarının açıqlamalarına görə, son 16 gün ərzində etirazlar və baş verən qarşıdurmalar zamanı azı 650 nəfər həyatını itirib. Hüquq müdafiəçiləri bildirir ki, informasiya blokadası və rəsmi məlumatların gizlədilməsi fonunda real ölənlərin sayının daha yüksək olması ehtimalı var.