İranda silahlı hücum: SEPAH zabitləri öldürüldü

İranda silahlı hücum: SEPAH zabitləri öldürüldü Dünya

Ötən gün İranın Kermanşah əyalətinin Pave şəhərində baş verən silahlı hücum nəticəsində SEPAH-ın azı iki zabiti həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

News24.az xəbər verir ki, bu barədə hüquq müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, yeni yaradıldığı bildirilən "Ümid Günəşi" (Xorşid-e omid) adlı silahlı qrup hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Qrup iddia edib ki, öldürülən SEPAH zabitlərindən biri 2022-ci ildə Cavanrud şəhərində keçirilən "Qadın, Həyat, Azadlıq" etirazlarının yatırılmasında iştirak edib. /Amerikanın Səsi/