İranda tarixi çöküş: dollar 300 min tüməni keçdi
Dünya
İran tüməni bir neçə gün ərzində kəskin ucuzlaşaraq, tarixi minimumunu yeniləyib.
News24.az "Reuters"-ə istinadla xəbər verir ki, İranda hazırda 1 ABŞ dolları 300 min tüməni keçib.
Cəmi 4 gün öncə, 25 noyabrda 1 dollar 286,5 min tümənə idi.
Qeyd edək ki, İran son onilliklərdə ən yüksək inflyasiya sıçrayışlarından birini yaşayır. Doqquz ay davam edən müharibə, xüsusən də ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə artması vəziyyəti daha da ağırlaşdırır. /axar.az