İranda Trampın öldürülməsi üçün əhalidən pul toplanılır

İranda Trampın öldürülməsi üçün əhalidən pul toplanılır Dünya

İranda ABŞ Prezidenti Donald Trampın öldürülməsi üçün pul toplanmasına başlanılıb.

News24.az xəbər verir ki, bu barədə MEMRI TV məlumat yayıb.

Məlumata görə, “İRİB Quran” telekanalının efirində aparıcı Məryəm Qasemi tamaşaçılardan ABŞ prezidentini öldürəcək şəxsə mükafat verilməsi üçün pul ianə etmələrini istəyib.

“Bütün iranlılar ümid edir ki, bir gün Trampın öldüyünü elan edəcəyik”, – deyə Qasemi bildirib.

Canlı yayımın cəmi 10 dəqiqəsi ərzində tamaşaçılar 81 milyon tümən (təxminən 435 dollar) toplayıblar.

Verilişin qonağı, iranlı iş adamı Əlirza Yunçi isə daha 19 milyon tümən əlavə edəcəyini vəd edib.

Beləliklə, ümumi məbləğ 100 milyon tümənə (təxminən 535 dollar) çatıb.