"İranda vəziyyət tam nəzarət altındadır" - Araqçı
Dünya
"Ölkə hakimiyyəti İranda vəziyyəti tam nəzarətdə saxlayır və tezliklə respublika vətəndaşları üçün internetə çıxış bərpa olunacaq".
News24.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Abbas Araqçi deyib.
“İranda vəziyyət tam nəzarət altındadır”, - deyə o, Tehran şəhərində xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə qeyd edib.
Araqçi əlavə edib ki, ölkədə internet bağlantısı təhlükəsizlik xidmətləri ilə koordinasiya şəraitində tezliklə bərpa olunacaq.