İranda yoxsulların sayı üç il ərzində iki dəfə artdı

İranda yoxsulların sayı üç il ərzində iki dəfə artdı Dünya

İranda yoxsulluq son illərdə sürətlə artıb.

News24.az xəbər verir ki, bu barədə Əllamə Təbatəbayi Universitetinin müəllimi və iqtisadçı Fərşad Mömeni açıqlama verib.

Bildirib ki, İran 2018-ci ildən etibarən yoxsulluğun artması ilə bağlı ən ciddi tendensiyalardan biri ilə üzləşib.

Müasir İranın iqtisadi tarixində ilk dəfə yoxsul əhalinin sayının üç il ərzində iki dəfə artması müşahidə olunub.

Professor vurğulayıb ki, yoxsulluğun genişlənməsi eyni zamanda gəlir və sosial bərabərsizliyin də dərinləşməsi ilə də müşayiət olunur.

İqtisadçı yoxsulluq və bərabərsizliyin bu qədər sürətlə artmasına baxmayaraq, ölkənin bu sahədəki siyasətində nəzərəçarpacaq dəyişikliklərin baş verməməsini də sorğulayıb.