İranda zəlzələ nəticəsində xəsarət alanlar var
Dünya
İranın qərbində yerləşən Kirmanşah əyalətində baş verən iki zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, Kozran bölgəsində qısa fasilə ilə 5,2 və 5,7 bal gücündə zəlzələlər qeydə alınıb.
Hadisə yerinə təcili yardım və qiymətləndirmə qrupları göndərilib. Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi davam etdirilir./Mehr/