İrandan xəbərdarlıq: "Əvvəlki səhvləri təkrarlamayın"
Dünya
İranın xarici işlər naziri ABŞ-ni “əvvəlki səhvləri təkrarlamamağa” çağırıb.
News24.az xəbər verir ki, Abbas Əraqçi “Fox News”a müsahibəsində İranda baş verən etirazlar fonunda Donald Trampın mümkün hərbi müdaxilə ilə bağlı açıqlamalarını şərh edib və onu diplomatiyaya çağırıb.
“Mənim mesajım ondan ibarətdir ki, siz 2025-ci ilin iyununda etdiyiniz eyni səhvi təkrarlamayasınız. Bilirsiniz, əgər yenidən uğursuz təcrübəni sınasanız, eyni nəticəni alacaqsınız”, - deyə Əraqçi vurğulayıb.
XİN rəhbəri həmçinin İranda vəziyyətin tam nəzarət altında olduğunu əlavə edib.