İranın bu şəhərlərində partlayışlar oldu

İranın bu şəhərlərində partlayışlar oldu Dünya

İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib.

News24.az xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, Buşehr şəhərində iki partlayış qeydə alınıb.

Mehr agentliyi İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində də partlayış səsinin eşidildiyini vurğulayıb.

Tasnim agentliyinin məlumatına görə isə, İranın cənub-şərqindəki Sistan və Bəlucistan vilayətində yerləşən İranşəhr şəhərinin hava limanına zərbə endirilib.

Mümkün dağıntılar və itkilər barədə hələlik ətraflı məlumat açıqlanmayıb. (APA)