İranın neft-kimya kompleksləri vuruldu

İranın neft-kimya kompleksləri vuruldu Dünya

İsrail hərbçiləri İranın cənub-qərbində yerləşən Bəndər-Mahşəhr şəhərindəki neft-kimya kompleksində bir neçə hədəfə zərbə endirib.

News24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında məlumat yayıb.

Qurumun açıqlamasında əlavə məlumatın daha sonra veriləcəyi qeyd edilib.

İranın “Al Alam” telekanalı isə Xuzistan əyalətidə yerləşən neft-kimya müəssisəsinin obyektlərinin hücum nəticəsində zədələniyini açıqlayıb.

IRNA-nın məlumatına görə, müəssisənin əməkdaşları təxliyə edilib.