İranın zənginləşdirilmiş uran saxlanılan anbarlarında radioaktiv çirklənmə yarandı

İranın zənginləşdirilmiş uran saxlanılan anbarlarında radioaktiv çirklənmə yarandı Dünya

İranın qismən zənginləşdirilmiş uran ehtiyatlarının saxlandığı üç yeraltı anbarın ikisində radiasiya çirklənməsi yaranıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ-dən olan jurnalist Seymur Herş “Substack” platformasındakı bloqunda yazıb.

O, məlumatı ABŞ və İsrail kəşfiyyat orqanlarına yaxın mənbələrdən əldə etdiyini bildirib.

Herş qeyd edib ki, söhbət Fordo və İsfahan obyektlərindən gedir. Jurnalistin məlumatına görə, yeraltı anbarlarda aparılan son yoxlama zamanı azı iki iranlı mütəxəssis radiasiyaya məruz qalaraq həyatını itirib.

Natanz şəhərində yerləşən üçüncü obyektin isə radioaktiv çirklənməyə məruz qalmadığı iddia olunub. Jurnalist bildirib ki, qismən zənginləşdirilmiş uran ehtiyatlarının yararsız hala düşməsi İranın uzunmüddətli nüvə proqramına ciddi zərbə vurub.

Herşin mənbəsi qeyd edib ki, yerin altında qalan və çıxarılması mümkün olmayan qismən zənginləşdirilmiş uran ehtiyatı nüvə silahı hesab edilmir.