İranla Argentina arasında yeni gərginlik: Qarşılıqlı terror ittihamı
Dünya
İran Argentina Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terror təşkilatları kimi tanıyıb.
News24.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.
Bildirilib ki, Tehranın bu addımı Buenos-Ayresin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq atılıb.
Qeyd edək ki, Argentina Xarici İşlər Nazirliyi apreldə SEPAH-ın terror təşkilatı kimi tanındığını açıqlamışdı.