"İranla atəşkəs qüvvədən düşüb" - Tramp
Dünya
ABŞ ilə İran arasında əldə olunan 60 günlük müvəqqəti atəşkəs qüvvədən düşüb.
News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
O bildirib ki, İranla əldə olunmuş atəşkəs artıq qüvvədə deyil və Tehranla danışıqların artıq heç bir mənası yoxdur.
Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit etmək və danışıqların yeni mərhələsinə başlamaq məqsədi daşıyan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənəd 60 gün müddətinə nəzərdə tutulub.
Lakin cəmi bir neçə gün sonra ABŞ rəhbərliyi İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib.
Tehran isə öz növbəsində ABŞ hərbçilərini İrana zərbələr endirməkdə günahlandırıb.