İranla razılaşma əldə olundu - Pezeşkian açıqladı

İranla razılaşma əldə olundu - Pezeşkian açıqladı Dünya

İranın Qətərdə saxlanılan, ümumi məbləği 12 milyard dollar olan aktivlərinin 6 milyardının blokdan çıxarılması barədə razılıq əldə olunub.

News24.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian açıqlayıb.

Onun sözlərinə görə, Qətərlə razılaşmaya əsasən, saxlanılan 12 milyard vəsaitin 6 milyard dolları blokdan çıxarılaraq İrana qaytarılacaq.

Qalan vəsaitin də geri qaytarılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, iyunun 20-də “The Wall Street Journal” qəzeti ABŞ və Qətərin İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə mexanizmi üzərində işlədiyini yazıb.

Məlumata görə, ilkin mərhələdə Tehran məhz Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitə çıxış əldə edə bilər. /TASS/