İranlı radikallar Əraqçı və Pezeşkiana hücum etdilər - Video

İranlı radikallar Əraqçı və Pezeşkiana hücum etdilər - Video Dünya

İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi İraqın Nəcəf şəhərində yerləşən İmam Əli məqbərəsini tərk edərkən İran hakimiyyəti ilə əlaqəli olduğu bildirilən radikal qrupun hücumuna məruz qalıblar.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Hadisə ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın Ali rəhbəri Əli Xameneinin vida mərasimi zamanı baş verib. Yüksək vəzifəli rəsmilər təhlükəsizlik qüvvələri tərəfindən dərhal hadisə yerindən təxliyə ediliblər.

Hücum nəticəsində xəsarət alanlar və hücumun motivləri barədə hələlik ətraflı məlumat açıqlanmayıb. Hadisənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında çoxsaylı müzakirələrə, eləcə də böyük rezonansa səbəb olub.