İranlıların 60 faizi gələcəyə ümidini itirib
Dünya
İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə olduğunu göstərib.
News24.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Noornews” saytının yaydığı məlumata görə, respondentlərin təxminən 80 faizi cəmiyyətdə ədalət və bərabərliyin mövcud olmadığı qənaətindədir.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların təxminən 60 faizi ölkədə vəziyyətin gələcəkdə yaxşılaşacağına ümid etmədiyini, cəmiyyətin böyük hissəsi isə mövcud iqtisadi təzyiqlərə daha artıq tab gətirə bilməyəcəyini ifadə edib.
Bundan əlavə, respondentlərin təxminən 70 faizi ölkənin mövcud problemlərinin həlli üçün siyasi dəyişiklikləri ən təsirli yol hesab etdiyini vurğulayıb.
Portal “siyasi dəyişiklik” anlayışını dəqiqləşdirməsə də, sorğuda iştirak edənlərin islahatları zəruri saydıqlarını diqqətə çəkib.