İrəvanda mitinqdə Azərbaycan dilində dialoq səsləndirildi - Video

İrəvanda mitinqdə Azərbaycan dilində dialoq səsləndirildi - Video Dünya

Rusiyalı oliqarx Samvel Karapetyanın İrəvanda keçirilən mitinqində Azərbaycan dilində səs yazıları səsləndirilib.

News24.az xəbər verir ki, bu haqda teleqram kanalları görüntülər paylaşıb.

Belə ki, onun tərəfdaşları revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün Azərbaycan dilində səs yazıları səsləndirərək iştirakçıları “Azərbaycan təhlükəsi” ilə qorxutmağa başlayıblar.

Səs yazısında İrəvana gedib erməni mənzilində məskunlaşan azərbaycanlı ailə təsvir edilib. (Qafqazinfo)