İrəvanda Rusiya vətəndaşı itkin düşdü
Dünya
Rusiya vətəndaşı Svetlana Frayji Ermənistanın paytaxtı İrəvanda itkin düşüb
News24.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyi qadının qızı Yelenaya istinadən məlumat yayıb. Yelenanın sözlərinə görə, anası oktyabrın 10-da Rusiyadan avtobusla İrəvana gəlib. O, ertəsi gün Parisə uçmalı olsa da, təyyarəyə minməyib.
Qadının qızı bildirib ki, anası hava limanına yollanıb, lakin həmin vaxtdan onunla əlaqə saxlamaq mümkün olmayıb. Telefonu ilə əlaqə saxlamaq mümkün olmayıb, WhatsApp mesajlarına da cavab verilməyib.
Yelenanın sözlərinə görə, Svetlana Frayji sonuncu dəfə oktyabrın 14-də saat 11 radələrində İrəvanın mərkəzinə gedən avtobusa minərkən görülüb. Həmin vaxtdan bəri qadından xəbər yoxdur.
Qadının qızı əlavə edib ki, polis artıq axtarışlara başlayıb. O, həmçinin İrəvandakı Rusiya səfirliyinin konsulluq şöbəsinə də məlumat verib.