İrəvandan müdafiə ilə bağlı qərar: Hərbi xərclər artırılır
Dünya
Ermənistan 2027-ci ildə müdafiə xərclərini 147,22 milyon dollar artırmağı planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vahe Ovanesyan parlamentdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2027-ci ildə Müdafiə Nazirliyinə 616 milyard dram (təxminən 1,71 milyard dollar) ayrılacaq. Bu, 2026-cı illə müqayisədə 53 milyard dram (147,22 milyon dollar) çoxdur.
Ovanesyan qeyd edib ki, əlavə vəsait müdafiə qabiliyyətinin gücləndirilməsinə, hərbi infrastrukturun inkişafına və silahlı qüvvələrin təminatına yönəldiləcək.
2026-cı ildə isə Ermənistanın müdafiə xərcləri təxminən 16 faiz azaldılaraq 563 milyard drama (1,46 milyard dollar) endirilmişdi.