İşə maşınla gedənlərin nəzərinə!
Dünya
Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda aşağıdakı yollarda sıxlıq qeydə alınır:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

