İŞİD-in "Crocus"dakı terror aktında əli var?
Dünya
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov İŞİD qruplaşmasının "Crocus City Hall"dakı terror aktında əli olması ilə bağlı versiyanı şərh etməyib.
News24.az APA-ya istinadən bildirir ki, Kremlin sözçüsü diqqəti Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarına yönəltməyə çağırıb.
Qeyd edək ki, sosial şəbəkələrdə məlum terror aktının İŞİD terror qruplaşması tərəfindən törədildiyinə dair videogörüntü yayılıb