İspaniya Aİ-nin büdcə təklifini rədd etdi

İspaniya Aİ-nin büdcə təklifini rədd etdi Dünya

İspaniyanın Baş naziri Pedro Sançez İrlandiyanın təqdim etdiyi Avropa İttifaqının (Aİ) yeni büdcə təklifini qəbuledilməz hesab edib.

News24.az xəbər verir ki, Brüsseldə Avropa Şurasının iclası ərəfəsində jurnalistlərə danışan Sançez təklifin İspaniya üçün kifayət etmədiyini və davamlı olmadığını bildirib.

Baş nazir eyni zamanda Aİ miqyasında böyük enerji şirkətlərinə vergi tətbiq edilməsi kimi yeni maliyyə mənbələri ilə bağlı danışıqlara açıq olduqlarını qeyd edib.

Qeyd edək ki, Aİ-nin 2028-2034-cü illəri əhatə edən büdcəsi ilə bağlı danışıqlar davam edir. Avropa Komissiyası bu dövr üçün təxminən 2 trilyon avroluq büdcə təklif edib.