İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs öldü
Dünya
İspaniyanın şimalındakı San-Sebastyan şəhərində xəstəxanada bir kişi meymunçiçəyi xəstəliyinə yoluxduqdan sonra vəfat edib.
News24.az xəbər verir ki, o, xəstəxanada eyni palatanı paylaşdığı digər kişidən yoluxub.
Məlumata görə, xəstənin immuniteti zəif olub.
"Donostiya xəstəxanasında müalicə alan 61 yaşlı kişi əvvəllər meymunçiçəyi kimi tanınan "mpox" xəstəliyindən vəfat edib", - xəstəxanadan qeyd edilib.
Regional səhiyyə departamentindən bildirilib ki, həmin kişi onkoloji xəstəliyə görə bir neçə həftə xəstəxanada olub.
Xəstəlik aşkarlandıqdan sonra müəssisə əlavə təhlükəsizlik tədbirləri görüb. Xəstələrlə təmasda olan, əsasən tibb işçilərindən ibarət 30-dan çox şəxs peyvənd edilib və nəzarət altında qalır. Xəstəxana nümayəndələri yeni yoluxma hallarının yaranmasını "son dərəcə az ehtimal olunan" hesab edirlər.