İspaniyada daşqınlar: 1 nəfər ölüb, 90 nəfər xilas edilib

İspaniyada daşqınlar: 1 nəfər ölüb, 90 nəfər xilas edilib Dünya

İspaniyanın şərqində güclü yağışların səbəb olduğu daşqınlarda 102 yaşlı qadın ölüb, 90 nəfər xilas edilib.

News24.az xəbər verir ki, ən çox zərər Albasete əyalətinin Madrigueras rayonuna dəyib.

Məlumata görə, qadının yaşadığı ev bir metrə qədər su altında qalıb. Bölgədə son iki gündə güclü yağışlar yağıb və bəzi ərazilərdə hər kvadratmetrə 200 kiloqrama qədər yağıntı düşüb.

Daşqınlar Valensiya, Kataloniya və Kastiliya-La-Mança bölgələrinə də təsir edib.

Yağışlar səbəbindən Valensiyada 400 mindən çox şagird dərsə gedə bilməyib. Bir sıra yollar bağlanıb, qatarların hərəkətində də fasilələr yaranıb.