İspaniyada dəhşət: 12 min hektar ərazi külə döndü

İspaniyada dəhşət: 12 min hektar ərazi külə döndü Dünya

İspaniyanın Saragosa əyalətində baş verən meşə yanğını bu ilin ölkədə qeydə alınan ən böyük yanğınına çevrilib.

News24.az xəbər verir ki, yerli medianın məlumatına görə, alov təxminən 12 min hektar ərazini əhatə edib. Yanğın səbəbindən 1100-dən çox sakin təxliyə olunub, bir neçə yaşayış məntəqəsi və yol bağlanıb.

Hazırda yüzlərlə yanğınsöndürən və aviasiya vasitələrinin iştirakı ilə alovun söndürülməsi istiqamətində işlər davam etdirilir. Ölkənin müxtəlif bölgələrində qeydə alınan digər meşə yanğınları ilə bağlı mübarizə də davam edir.

Mütəxəssislər yüksək temperatur, güclü külək və quraq hava şəraitinin yanğınların sürətlə yayılmasına səbəb olduğunu bildirirlər.